11 aprel 2013 - 19:30
Daha bir terrorçu başçısı, Dəməşq ətrafında öldürüldü

ABŞ, İngiltərə, Fransa, qeyrileqal işğalçı israil rejimi, Türkiyə və Ərəb dövlətləri tərəfindən açıqcasına himayə olunan yaraqlı dəstələrinə aid “Əssədiq” batalyonun komandiri, “Səidul Hənavi” döyüş zamanı yerindəcə gəbərdilib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu, Dəməşq ətrafındakı Uteybə məntəqəsində, azğın terrorçulara qarşı uğurla apardığı Təmizlənmə Əməliyyatları zamanı, yaraqlıların daha bir komandirlərini həlakətə yetirib.

Belə ki, ABŞ, İngiltərə, Fransa, qeyrileqal işğalçı israil rejimi, Türkiyə və Ərəb dövlətləri tərəfindən açıqcasına himayə olunan yaraqlı dəstələrinə aid “Əssədiq” batalyonun komandiri, “Səidul Hənavi” döyüş zamanı yerindəcə gəbərdilib.

Həmçinin, İdlib əyalətinin ətrafında, əl-Nüsrə terror qruplaşması ilə, digər yaraqlı qruplaşma arasında düşən mübahisənin döyüşə çevrilməsi, xəbəri verilib.

Xəbərə əsasən, hər iki tərəf, çoxlu sayda itki verib.

Suriya Milli Ordusunun Dəməşqin Cubər məntəqəsindəki, Came Məscidi yaxınlığında mərkəzləşmiş terror qruplaşmalarına qarşı apardığı əməliyyatlarda da, düşmən tərəfi xeyli sayda itki verməyə məcbur qalıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır