8 aprel 2013 - 19:30
Hacı Mövsüm Səmədov 3 önəmli məsələdən danışdı

Doktor Mövsüm Səmədov: “1. İnsanlar, xüsusilə möminlər Allahı yanlarında bilməlidirlər. Peyğəmbər və imamların onlar haqqında daim dua etdiklərinə əminlik hasil olunmalıdır... 2. Heç kəs elə düşünməsin ki, onlar olmasalar məscidlər, hüseyniyyələr, mədrəsələr və namazxanalar boş qalacaq və ya işlər getməyəcək... 3. Mübariz ruhanilər, xüsusilə zindana düşən ruhanilərin hamısına öz təşəkkürümü bildirirəm. Lakin təkcə Hacı Abgül Süleymanovun qarşısında təzim edirəm…”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bir müddət əvvəl İslamazeri.az internet qəzetinin əməkdaşı Azərbaycan İslam Oyanış Hərakatının Lideri, Azərbaycan İslam Partiyasının Sədri, Görkəmli Alim, İlahiyyatçı Doktor Mövsüm Səmədovla görüşüb.

Görüş zamanı ölkədəki proseslər və problemlərdən söhbət açan Mövsüm Səmədov, İslamazeri.az-a üç önəmli məsələ haqda danışıb.

Doktor Mövsüm Səmədovun öz istəyilə süzügedən məsələləri ölkə ictimaiyyətinə, həmçinin dindarların diqqətinə çatdırılması təkidi olunub:

1. İnsanlar, xüsusilə möminlər Allahı yanlarında bilməlidirlər. Peyğəmbər və imamların onlar haqqında daim dua etdiklərinə əminlik hasil olunmalıdır. Livan müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah 2006-cı ildə İsrail işğalçlarına qalib olduqdan sonra demişdi: “Bu qələbəni bizə nəsib edən Allaha təşəkkür edirik. Biz Ayətullah Behcətin isti nəfəsini, duasını hiss edirdik”. Buna görə də, mömin daim bilməlidir ki, istər fərdi, istər siyasi, istər ictimai, istərsə də dini məsələlərdə övliyaların isti nəfəsləri-duaları onlarladır.

2. İkinci məsələ dindarların, xüsusilə ruhanilərin, din alimlərinin haqqındadır. Heç kəs elə düşünməsin ki, onlar olmasalar məscidlər, hüseyniyyələr, mədrəsələr və namazxanalar boş qalacaq və ya işlər getməyəcək. Bunu bilin ki, Allahın bizə ehtiyacı yoxdur və Allah öz işlərini Özü aparır. Yaxşı olar ki, ruhanilər əvvəldən dini məsələlər haqqında, xüsusilə dindarlar üçün problemin çözülməsi önəmli olan məsələlərdə kim hansı mövqedə olmuşdusa, o cür də qalsın. Yəni bu gün təbliğatla məşğul olmağı özünə vəzifə edən qardaşlar (Allah onları da hifz etsin) elə bir addım atmasınlar ki, dini atributların qorunması üçün öz azadlıqlarını qurban verən ruhanilərin işlərinə maneə yaradalar. Allah eləməsin hələ onların əleyhinə söz danışmağı demirəm.

Möminlər vəhdətə əməl etsinlər. Xüsusilə din uğrunda mübarizə edən möminlər vəhdət məsələsinə önəm versinlər. Düşmənin istəyi vəhdəti aradan aparmaqdır.

3. Din uğrunda, xüsusilə hicabın azadlığı uğrunda mübarizə aparan möminlərə, xüsusilə ruhanilərə Allahdan gözəl əcr istəyirəm. Mübariz ruhanilər, xüsusilə zindana düşən ruhanilərin hamısına öz təşəkkürümü bildirirəm. Lakin təkcə Hacı Abgül Süleymanovun qarşısında təzim edirəm. Xahiş edirəm ki, bu sözləri olduğu kimi qeyd edəsiz: “Hacı Abgül Süleymanov zindandan əvvəl necə idisə, indi ondan da mətin və şücaətli olmasına, mübarizə və müqavimət hərəkatında ruh yüksəkliyi yaratdığına görə ona təşəkkür edir və onun qarşısına təzim edirəm”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır