Salam əleykum və rəhmətullah.
Sual:
Sizə təbabətə aid bir sualım var. Xahiş edirəm qara zirə yağı haqqında məlumat verəsiz. Xeyri və zərəri haqqında yazın.
Əgər sualı düzgün yerə yazmamışamsa məni bağışlayın.
Muşfiq
Cavab:
Əleykə Səlam və rəhmətullahi və bərəkatuh. Sualınız xalq təbabətinə aid olduğu üçün doğru yerə ünvanlamısınız. Qara zirənin insan orqaniziminə bir çox faydası vardır. Və ümumiyyətlə onun qida dəyəri çoxdur.
Salamatnews yazır: Qara zirənin yağı, qurudulmuş zirə dənələrinin üyüdülmüşündən alınır.
Qara zirə yağının faydaları:
Depressiyanın (ruhu düşkünlükün) müalicəsində olduqca xeyirlidir.
Bədənin immun sistemini gücləndirir.
İshal (diareya), qan ishalı, vəba (kolera), bəbvasir və qəbzlik kimi xəstəlikləri müalicə edir.
Bakteriyalı yoluxmalar, böyük bağırsaq infeksiyası, mədə və sidik yolları, dəri infeksiyası, qulağ, göz və ümumiyyətlə bütün yaraların müalicəsində istfadə olunur.
Mədə köpünün qarşısın almaq üçün yararlıdır.
Qara zirə yağı, saç və dırnaqların mayasını gücləndirir.
Mədə və bağırsaqda olan qurdları öldürür.
Asma və bronxit xəstəlikləri aradan aparır.
Soğdəyməni müalicə edir.
Qadınların aylıq xəstəliyini tənzimləyir.
Analarda südü çoxaldır.
Qara zirə yağın qoxulamaq, iştahanı açır və xörəyin həzm edilməsinə köməklik edir.
İnsana tez-tez kiçik bayıra çıxmaqda köməklik edir.
Bədəndə artıq mayeləri dəf etməklə, bədən şişkinliyini aradan aparır.
Böyrəyləri təmizləyir.
Qara zirənin yağını istifadə etmək, qan təzyiqin aşağı salır.
Bədəndəki zəhərləri aradan aparır.
Qara zirə yağı ümumiyyətlə dezinfeksiya xasiyyətli olduğu üçün, bədəndəki, yara və cızıqların infeksiyalanmasının qarşısını alır.
Hər bir spazma və qıcolmanı, ardıcıl öskürməkləri müalicə etmək üçün istifadə olunur.
Stress və narahatlıq kimi əsəb pozğunluğunu müalicə etmək üçün istifadə edilir.
Əzələləri, tənəffüs sistemini, qan dövran sistemini, əsəb sistemini, həzm sistemini, bədənin müdafiə sistemini gücləndirir və nəticədə insanın təravətli olmasına səbəb olur.
Allah bizim hammımıza, ona düzgün və ixlasla ibadət edib, dinini yer üzündə uca tutmaq üçün can sağlığı əta etsin.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır