4 aprel 2013 - 19:30

Görüş iştirakçıları AİP-in ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində fəal iştirakı barədə qurumun bu günlərdə qəbul etdiyi qərar barədə məlumatlandırılmışlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Aprelin 3-də Azərbaycan İslam Partiyası idarə heyətinin üzvləri Elçin Manafov və İnqilab Əhədli gündəlikdə nəzərdə tutulmuş növbəti tədbiri həyata keçirmək məqsədilə Ağstafa  rayonunda səfərdə olmuşlar.

Burada İslamçılar, Qurumun Qərb bölgəsi üzrə Koordinasiya Şurasının sədri Hacı Elxan Musayevin təşkilatçılığı ilə AİP-in Ağstafa rayon komitə sədrinin və fəallarının iştirakıylə toplantı keçirilmişdir. Görüş iştirakçıları AİP-in ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində fəal iştirakı barədə qurumun bu günlərdə qəbul etdiyi qərar barədə məlumatlandırılmışlar. Partiya yetkililərinin geniş məzmunlu çıxışlarında komitə sədrinin və partiyanın hər bir üzvünün üzərinə düşən vəzifələrə aydınlıq gətirilmişdir.

Onlar görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırmış və partiyanın prezident seçkləri ilə bağlı  fəaliyyət proqramının, həmçinin qurumun seçki platformasının yaxın günlərdə onların nəzərlərinə çatdıracaqlarını bildirmiş, ondan öncə isə bu istiqamətdə təkliflərin hazırlanıb mərkəzi qərargaha təqdim olunmasını tapşırmışlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır