Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov martın 31-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Azərbaycan səfirini qəbul edən nazir müavini Abbas Əraqçi iki gün əvvəl Bakıda “Güney Azərbaycan” mövzusunda keçirilən toplantıya etiraz bildirib və səfirə yazılı etiraz notası təqdim edib.
Azərbaycan hökumətini belə bir toplantının keçirilməsinin qarşısını almamaqda qınayan Abbas Əraqçi deyib ki, bu kimi təhrikçi hərəkətlər iki ölkənin inkişafda olan münasibətlərinə xələl gətirə bilər. Abbas Əraqçi belə toplantıların yalnız sionistlərin mənafeyinə qulluq etdiyini vurğulayıb.
Cavanşir Axundov İran İslam Respublikasının etiraz notasını Azərbaycan hökumətinə çatdıracağını bildirib.
Qeyd edək ki, Martın 30-da “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi” adlı qondarma sionist təşkilatının təşəbbüsü ilə Bakıda, “Park İnn” otelində “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda anti-İslam konfrans keçirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır