Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Bu gün Talış Meşələrində hamını şoka salan hadisə baş verib.
Lerik rayonun Hamarmeşə kəndində görünməmiş faciəvi hadisə baş verib. Belə ki, kənd ərazisində nadir heyvan sayılan “Talış Bəbiri” peyda olub və 18 yaşlı Xurşun Adıgözəlova adlı bir qızı parçalayıb. Kənd sakinlərinin sözlərinə görə, vəhşi bəbir qızın qollarını, budunu və sağ qulağını yeyib.
Məlumatda o da deyilir ki, hadisə yerinə rayon rəhbərliyi ilə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da cəlb olunublar.
Xatırladaq ki, Azərbaycan Xalqının milli və maddi sərvətlərini mənimsəyərək yaradılmış “Heydər Əliyev adına Fond”unun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib. Aparılan tədbirlərin nəticəsidir ki, son zamanlar xüsusi mühafizə olunan təbiət ərazilərində bəbirlər özlərini daha təhlükəsiz hiss edərək sərbəst yaşayır və tez-tez müşahidə olunurlar. Hətta bu vəhşi heyvanlar, özlərini o həddə təhlükəsiz hiss edirlər ki, zavallı sakinlərə də hucum çəkərək, parçalamaqdan belə çəkinmirlər.
Məlumat üçün deyək ki, bundan əvvəl də sözügedən kəndə vəhşi heyvan basqınları olub və onlarla ailənin ev heyvanları tələf olub.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır