Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Novruz bayramı ilə əlaqədar olaraq Dünya Müsəlmanlarının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei əfv haqqında ona ünvanlanmış sərəncamı imzalayıb. Əfv sərəncamı ilə 1059 məhbus azadlığa buraxılıb və ya cəza müddəti azaldılıb.
Əfv haqqında sərəncam ənənəvi olaraq İran İslam Respublikası Ali Məhkəməsinin rəhbəri Ayətullah Sadiq Amuli Laricani tərəfindən hazırlanıb və daha sonra imzalanması üçün Dünya Müsəlmanlarının Ali Dini Lideri İmam Xameneiyə təqdim edilib.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar olaraq İran İslam Respublikasında 13 günlük bayram elan edilib. Həmin günlər ərzində ölkə əhalisinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi təhlükəsizlik tədbirləri görülüb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır