Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Amerika Birləşmiş Ştatları Senatının sabiq üzvü deyir: Şiəlik İslamın tam təhlukəsiz və sülhsevər bölməsidir və Ayətullah Xamenei dünya şiələrinin ən nüfuzlu rəhbəridir.
Son vaxtlar Tehranda keçirilmiş "Hollywoodizm" konfransında iştirak etmiş ABŞ Senatının sabiq üzvü Mayk Qravel İran İslam Respublikasının gerçəkliklərindən danışıb.
Fars informasiya agentliyinin verdiyi məlumata görə Qravel, Amerikada çıxan Faren Palisi qəzetinə verdiyi müsahibəsində İran İslam Respublikasının tam mütərəqqi və əhalinin rifahı baxımından yüksək şəraitdə olan bir ölkə adlandırıb.
Qravel İran İslam Respublikasına qarşı sanksiyaların qeyri qanuni olduğunu, eyni halda İİR-ın tam xeyrinə gətirib çıxardığıni da xüsusi qeyd edib : "Mən bilmirəm İran İslam Respublikası hansı əməlinə görə sanksiyalara məruz edilir? Sanksiyalar Səudiyyə Ərəbistanına qarşı tətbiq edilməlidir ki ifratçı və nifrət doğuran vəhhabiyyəti yaymaqdadır. Şiəlik İslamın ən təhlükəsiz və sülhsevər bölməsidir və Ayətullah Xamenei dünya şiələrinin ən nüuzlu rəhbəridir." – deyə ABŞ Senatının sabiq üzvu sözünə əlavə edib.
Qravel əlavə olaraq deyib: "Dünya şiələrinin rəhbəri İmam Xamenei bir bəyanatda təkidlə bildirib ki; Quran atom bombasını haram etmişdir. Bunun müqabilində Obamanın gülünc iddiasının şahidiyik ki deyir; biz bir qırmızı xət çəkmişik ki onu keçmək olmaz. "
Mayk Qravel sözlərinin başqa hissəsində təkidlə bildirib ki; "Sanksiyaların İran İslam Respublikasına təsiri tam tərsinə olmuşdur. İranlılar müstəqil və inkişaf etməkdə olan bir xalq kimi tam rifahda yaşayır, bunu küçələrədki izdihamdan və tıxacdan anlamaq olur. Tehranda gördüyüm memarlıq müdhiş, cazibədar və gözqamaşdırıcıdır."
Qeyd edək ki Mayk Qravel Viskansin universitetinin müəllimi və 11 Sentiyabr hadisəsi barədə xüsusi tədqiqatları ilə seçilən şəxsiyyətlərdəndir.
83 yaşlı Qravel son vaxtlar paytaxt Tehranda keçirilən 3-cü Beynəlxalq "Hollywoodizm" konfransında iştirak üçün İran İslam Respublikasına səfər etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır