Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən 27 Fevral 2013 tarixdə İran İslam Respublikasında işgüzar səfərdə olan Pakistan Respublikasının Prezidenti Asəf Əli Zərdari Dünya Müsəlmanlarının Ali Lideri İmam Xamenei cənablarının qəbulunda olub.
Görüşdə İmam Xamenei həzrətləri İslam Ümmətinin problemlərinin çox hissəsinin süni və məhz İslam düşmənləri tərəfindən yaradılmasına işarə edərək bildirib: "İslam Dünyasının bacarıqlarını, təbii, coğrafi və insan potensiallarının yenidən dirildilməsi, mövcud problemlərin həllində böyük rola malikdir."
Ayətullah Seyyid Əli Xamenei? İslam Ölkələri arasında əlaqələrin daha da genişləndirilməsinin Müsəlman Xalqları arasında yaşanan problemlərinin həllində ikinci mühüm amil olduğuna işarə edərək bildirib: "İslam Ümməti arasında təfriqə salıb və ixtilaflar yaratmaq, sionist və digər imerialist qüdrətlərin mühüm proqramlarından biridir..."





Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır