Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası 2017-ci ilədək iki yeni peyk buraxacaq. Bunu İran İslam Respublikası Kosmik Agentliyinin direktoru Həmid Fazili bəyan edib.
O qeyd edib ki, “İranSat-I” peyki 2016-cı ildə, “İranSat-II” isə 2017-ci ildə orbitə buraxılacaq.
Fazilinin sözlərinə görə, “Qaem” adlanan peyk yaxın 10 ildə beynəlxalq peyklərdən çıxarılan İran İslam Respublikası telekanallarının yayımının bərpası məqsədilə buraxılacaq.
İran İslam Dövlətinin maliyyələşdirdiyi “Press TV” kanalı qısa müddətə “Galaxy 19″ peykindən çıxarılmışdı ki, bu da şirkəti Birləşmiş Ştatlar və Kanadadan baxılmaq üçün öz verilişlərinin yayım tezliyini dəyişməyə məcbur etmişdi.
İran İslam Respublikasının kanalları Fransa və İspaniya peyklərindən də çıxarılmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır