Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Kanada dövlətinin Xarici İşlər Naziri Can Berd, Kanada İctimai Palatasının Xarici İşlər Komitəsinin millət vəkillərinə müraciət edərək bildirib: “Biz istəmirik ki, bir daha, bir göz qırpımında, növbəti “Əfqanıstan”a daxil olaq...”
O, bildirib: “Biz “Mali Respublikası” barəsində hər hansı bir təsmimi tutmamışdan öncə, bu haqda mütləq fikirləşəcəyik.”
Kanada İctimai Palatasının Xarici İşlər Komitəsinin Mühafizəkar millət vəkilləri, son zaman Kanada əhalisi arasında aparılan sorğuların nəticəsinə istinad edərək, Kanada tərəfindən Mali Respublikasına hər hansı bir müdaxilə edilməsinin əleyhinə olduqların bildirmişlər. Lakin Kanada dövlətinin müxalifətçiləri isə, Mühafizkarları, xarici siyasət qanunlarına riayət etməməkdə günahkar bilirlər.
Kanadanın BMT üzrə keçmiş səfiri Robert Faoler isə, Kanada İctimai Palatasının Xarici İşlər Komitəsinin Mühafizəkar millət vəkillərinin siyasətlərini tənqid edərək deyib: “Biz, çoxlu işlər görə bilərik. Bizim Malidəki dostlarımız, əlavə tədbirlərə laiqdir...”
Qeyd edək ki, Kanadanın Fransa işğalçıları ilə Mali böhranındakı müttəfiqliyi, Mali mübarizçiləri ilə qarşıdurmada, Fransa əskərlərinin və hərbi avadanlıqlarının daşınması məqsədi ilə, C-17 tipli hərbi yük təyyarəsini, işğalçı qüvvənin ixtiyarında qoymasıdır.
Xatırladaq ki, Kanada dövlətinin qeyd olunan müqaviləsi, keçən həftə Cümə günü sona çatmışdır. Və bu günə kimi rəsmi Kanada, müqavilənin uzadılması və ya ləğvi haqqda heç bir rəsmi bildiriş yaymayıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır