Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fevralın 11-də Balakən rayonunun Hənifə kəndinin ötən il zəlzələdən ziyan çəkmiş bir qrup sakini rayon icra hakimiyyətinin binası qarşısında toplaşıb. Kənd sakinləri indiyədək kompensasiya ala bilmədikləri və evlərinin təmir edilmədiyi üçün etiraz edirdilər. Yerli hakimiyyət nümayəndələrinin iddiasına görə, şikayətçilər qəbul edilib və növbəti dəfə problemlərinin həll ediləcəyinə söz verilib. Xatırladaq ki, hələ 2012-ci ilin oktyabr ayında baş vermiş zəlzələ nəticəsində Balakəndə minə yaxın evə ziyan dəyib. Hökumət onların bərpası üçün yüz milyon manat vəsait ayırsada lakin indiyədək yüzlərlə ailə çadırlarda yaşayır, baxmayaraq ki, hakimiyyət yeni ilə qədər evləri təmir etmək və yeni evlər tikmək vədi vermişdi. Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.
10 fevral 2013 - 20:30
Xəbər kodu: 389948
Hənifə kəndinin ötən il zəlzələdən ziyan çəkmiş bir qrup sakini rayon icra hakimiyyətinin binası qarşısında toplaşıb