29 yanvar 2013 - 20:30

V. İbayev: Gəlin etiraf edək ki, saxtakarlıq Azərbaycanda demək olar ki, bütün sahələrdə var. Onu deyim ki, xalq fəal olsa, saxtakarlığa da yol verilməz. Biz də öz növbəmizdə həm komitə üzvlərimizlə, həm də bizi dəstəkləyən hər bir kəslə müzakirələr aparacaağıq ki, saxtakarlığın qarşısını alaq.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Müsahibimiz Azərbaycan İslam Partiyasının Sumqayıt Rayon Komitəsinin sədri Vüqar İbayev islaminsesi.az saytına müsahibə verib.

Müsahibəni saytımızın ziyarətçilərinə təqdim edirik:

- Yerli təşkilat nə vaxt təsis olunub və yerli təşkilatınümumi vəziyyətihaqda məlumat verə bilərsinizmi?

- Azərbaycan İslam Partiyası yarandığı gündən rayon və şəhərlərdə öz komitələrini bərpa edib. İlk yaranan komitələrdən biri də, Sumqayıt şəhər komitəsidir. Sumqayıt komitəsi 1993-cü ildən fəaliyyət göstərir.  Məndən qabaq bir çox komitə sədrləri olub. Mən isə 2011-ci ildən komitəyə sədirlik edirəm.

Say üzvlərimizə qalanda, bizim üzvlərimiz yüzlərlədir. Üzvlərimizlə birgə çoxlu sayda təəssübkeşlərimiz də var. Biz bununla həm fəxr edirik,həm də bu onun gostəricisidir ki, xalq AİP-ə inanaraq etibar və etimad edir.

- İcra hakimiyyəti və digər dövlət strukturları tərəfindən sizə təzyiq olunurmu?

Hacı Möhsüm Səmədovun son çıxışından sonra nəinki bizə, ümumilikdə bütün islamçılara təzyiqlər oldu. Buna bariz nümunə bizim Sumqayıt komitəsinin əvvəlki sədri Arif Qəniyevi göstərmək olar. Onu haqsız yerə tutaraq  şərlədilər. Mən də öz növbəmdə çoxlu sayda təzyiqlərlə üzləşmişəm. Məni Milli Təhlükəsizlik İdarəsinə və Daxili İşlər Nazirliyinə çağırıb sorğu-sual edirdilər. Sonradan bizim əqidəmizlə tanış olduqdan sonra sərbəst buraxırdılar. Hal-hazırda şükürlər olsun ki, elədə təzyiqlər yoxdur.

- İslam Partiyası bu il keçiriləcək prezident seçkilərində fəallıq göstərəcəyini bəyan etmişdir. Bunun perspektivliyini nədə görürsünüz?

- Açığı bu cür fəallıq göstərmək bizim həm vətəndaş borcumuzdur, həm də konstitusion vəzifəmizdir. Qaldı ki, perspektivlik məsələsinə, son zamanlar partiyanın gördüyü işlər və bölgələrdə kifayət qədər nüfuzunun olması bir partiya kimi AİP-in bu seçkilərə qoşulmasını labüd edir. Rəhbərlik kimi dəstəkləsə, bizlər də o şəxsi dəstəkləyəcəyik. Mən bunu bir Rayon Komitə rəhbəri kimi alqışlayıram.

Bölgələrdə seçki saxtakarlığı uzun illər ənənəvi hal alıb. Buna qarşı hər hansı taktika tədbir görmək olarmı?

Gəlin etiraf edək ki, saxtakarlıq Azərbaycanda demək olar ki, bütün sahələrdə var. Onu deyim ki, xalq fəal olsa, saxtakarlığa da yol verilməz. Biz də öz növbəmizdə həm komitə üzvlərimizlə, həm də bizi dəstəkləyən hər bir kəslə müzakirələr aparacaağıq ki, saxtakarlığın qarşısını alaq.

- AİP rayon komitəsi olaraq hakimiyyətlə bağlı marağınızda ən çox hansı əlamət və keyfiyyətlər prioritet sayılır. Və ya belə deyək, Azərbaycan xalqının, 97-faizi müsəlman olan bir məmləkətin prezidentini rəhbər kimi necə görmək istərdiniz?

- Hal-hazırkı hakimiyyət özünü kifayət qədər tanıdıb. Baxın, hər zaman inanclılar hakimiyyətə səslənərək birlikdə xalq, vətən və cəmiyyət üçün çalışmağı təklif ediblər. Ancaq bu təklifə nə prezident nə də ki, onun təmsil etdiyi Yeni Azərbaycan Partiyasından (YAP) bir müsbət xəbər gəlməyib. Artıq neçə illərdir ki, “Qarabağ azad olunacaq!” kimi vədlər verilir. Ancaq hanı Qarabağ? Niyə illərdir söz verilən Dağlıq Qarabağın azad olması üçün bir müsbət addım atılmır? Vətəni azad etmək üçün onu sevən şəxslər lazımdır. Bunun üçün dənəinki heç bir işlər görülmür, bu az kimi milləti və xalqı dinindən və vətən sevgisindən soyudan mənəviyyatsız şou verlişlər hazırlayırlar.

Misal olaraq, “Avrovizia” mahnı müsabiqəsini və televiziyalarda gedən şou proqramları göstərmək olar. İnanın,bu problemlər tək Qarabağla bitmir. Təhsilimiz, səhiyyəmiz və ən əsası milli-mənəvi dəyərlərimiz bərbad gündədir və günü-gündən də geriyə getməkdədir.

Məktəblərə hicablı balalarımız gedə bilmir. Səhiyyə və təhsil ocaqlarında rüşvət və özbaşnalıqlar baş alıb gedir.

Gələcək prezidentə qaldıqda isə kimliyindən asılı olmayaraq, mən Ali Baş Komandanımızı Milli-Mənəvi dəyərlərə hörmət edən, xalqın xidmətində duran bir şəxs kimi görmək istəyirəm.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır