16 yanvar 2013 - 20:30

Malidə Fransa işğalçıları ilə müsəlmanlar arasındakı toqquşmalar nəticəsində on minlərlə müsəlman evsiz qalıb. Evini tərk edən bi qadın fransızların evlərə hücum etdiyini, qadınların fransızların təcavüzünə məruz qaldığını söyləyib.

Əhli Beyt  (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fransa İşğalçı Silahlı Qüvvələri Baş Qərargahının rəisi Eduard Gilyud Malinin yarıdan çoxunu ələ keçirən silahlı İslamyönlü qruplarla atışmanın an məsələsi olduğunu deyib.

Fransanın işğalçı zirehli qüvvələri islamçıların əlində olan Diabali qəsəbəsi yaxınlığındakı Seqou şəhərini işğal edib. İşğalçı quru qüvvələrinin hərəkətindən əvvəl Diabali fransız təyyarələri tərəfindən bombalanıb.

Rəsmilər islamçı silahlı qrupların xalqın arasına qarışması səbəbilə hava əməliyyatlarının təsirinin olmadığını bildiriblər. Paris işğalçı hökuməti Malidəki xristian əsgərlərinin sayını 3 dəfə artıraraq 2500-ə çatdırmaq haqda qərar qəbul edib.

Malidəki Fransa işğalçıları ilə müsəlmanlar arasındakı toqquşmalar nəticəsində on minlərlə müsəlman evsiz qalıb. Paytaxt Bamakoya qaçanların sayı 47 minə çatıb. Evini tərk edən bi qadın fransızların evlərə hücum etdiyini, qadınların fransızların təcavüzünə məruz qaldığını söyləyib. Bir çox insan isə ailə üzvlərindən xəbər ala bilmədiyini bildirib. İslamçı qrupların nəzarətində olan bölgədə xristian qoşunların hava və qurudan endirdikləri zərbələr nəticəsində çox sayda dinc vətəndaşın şəhid olduğu bildirilir.

Fransa prezidenti Fransua Oland Malidə Fransanın maraqlarını təmin edən sabitlik təmin olunana qədər qalacaqlarını söyləyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır