16 yanvar 2013 - 20:30

Məscidin imamı Rüstəm Safin, fəaliyyəti qadağan olunmuş “Hizbüt-Təhrir” partiyasının təşkilatlanmasında iştirak etdiyi üçün 2009-cu ildə şərti olaraq 2 il həbs cəzasın aldığı bildirilir.

Əhli Beyt  (əleyhis səlam) - ABNA - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Tatarstanın paytaxtı Kazanda yerləşən “əl-İxlas” məscidinin 10 dindarı polisə müqavimət göstərmək ittihamı ilə həbs olunublar.

hadisə Kazan meriyası məscidi bağlanmaq istərkən baş verib. Məscidi boşaltmaqdan imtina etmiş dindarlarla polislər arasında münaqişə yaranıb. Nəticədə 10 fəal dindar, o cümlədən məscidin imamı Rüstəm Safin və rəsmi nümayəndəsi Tofiq Vasilyev həbs olunublar.

Məscidin Tatarstan Müsəlmanlar İdarəsinin nəzarəti altına keçəcəyi gözlənilir. “əl-İxlas” icması bu idarəni rəsmən tanımır. Belə ki, məscidin rəhbərliyi daha çox radikal təşkilatlarla əlaqədədir. Hətta onların imamı Safin fəaliyyəti qadağan olunmuş “Hizbüt-Təhrir” partiyasının təşkilatlanmasında iştirak etdiyi üçün 2009-cu ildə şərti olaraq 2 il həbs cəzası almışdı.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır