11 yanvar 2013 - 13:11

Türkiyə tərəfindən dəstəklənən və Suriyada bir çox qırğınlar törədən "əks" şəbəkə əməkdaşı, CNN-ə verdiyi müsahibədə hər ayın üç ya da dörd günün, "qarşıdurmadan uzaqlaşıb istirahət etmək üçün" Türkiyəyə gəldiyini, Türkiyədə "normal qaçqın" kimi yaşadığını etiraf etdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada, Xalqın dəstəklədiyi hökümətə qarşı, silahlı mübarizə aparan terror şəbəkələri, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı kimi region ölkələriylə yanaşı ABŞ və Avropa Birliyi ölkələri tərəfindən dəstəkləndiyinə dair, bu günə qədər, çoxlu sayda dəlil və sübutlar ortaya çıxıb.

Lakin bütün bunlara baxmayaraq, mərkəzi ofisi ABŞ-da yerləşən CNN-dən yayımlanan bir müsahibədə, edilən etiraf fövqündə heç kəsdən sual olunmadı və heç kim də, bunu rüsvayçı əməl mənbəyi olaraq görmək istəmədi.

Belə ki, özünü Dəralı Sami Yusuf olaraq tanıtdıran terrorçu dəstənin üzvü, Suriyadakı etirazları kameraya aldığı üçün həbs olunduğunu iddia edir. Əhrar əş-Şam Briqadalarıyla birlikdə döyüşdüyünü bildirən Yusuf, Türkiyəyə də gedib gəldiyini bildirir.

Daha sonra “Salqın”da apardıqları əməliyyatda, ələ keçirdikləri bir məktəbdə oynadıqları voleybol və Hələbdə bir döyüş təyyarəsinə açdıqları atəşin görüntülərini paylaşan Yusuf, dərhal sonra bu qalmaqallı sözləri dilə gətirir: "Hələbdəki həyatımız belə. Hökumət qüvvələrinə qarşı döyüşürük. Başqa bir şey xatırlaya bilmirəm...

Daha sonra normal həyata və mühacirliyə geri dönərək Türkiyəyə gedirik...

Biz, Suriyaya gətizdirilən xarici mücahidləri, əcnəbi kimi hesab etmirik. Biz, onları qardaşımız kimi görürük, çünki onlar müsəlmandır. Onlar Livandan, hətta ABŞ-dan, Faransadan, Tunisdən və bütün Ərəb ölkələrindən gəlirlər. Əlhəmdülillah, bizə kömək etməyə gəlirlər...

Hal-hazırda Türkiyədəyəm, yeni gəlmişəm. Biz ayda 3 ya da 4 gün rahatlamaq üçün bura gəldiyimizi söyləyə bilərik. Güllə səslərindən, bombardmanda və insan fəryadları qarşısında rahatlamaq üçün ... "


 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır