Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Pakistan bir daha bombalı hücumlarla sarsıldı. Quetta və Mingorada təşkil edilən hücumda toplam 117 günahsız insan şəhid olub. Partlamal nəticəsində 270 günahsız insanın da ağır yaralandığı bildirilir.
Quetta şəhərində baş verən ilk hücum, bazarda baş verib. Nəticədə 12 günahsız insan şəhid olub. 40 dan çox insanın isə yaralandığı bildirilir. İkinci hücum isə bilyard salonunda baş verib. Bir intiharçı, üzərindəki bomba qurğusun partladıqdan sonra, 83 günahsız insanı şəhid edib. Hadisədə zamanı 120-dən çox insanın yaralandığı da bildirilir.
Qeyd edək ki, təşkil olunan hücumları sələfi təfəkkürlü “Birləşmiş Bəluç Ordusu və Ləşkəri Cəngavi” adlı azğın terror təşkilatları boynuna götürüb.
Polis rəsmisi Zubair Məhmood, hücumda həyatını itirənlərin əksəriyyətinin Həzara Şiələri olduğunu diqqətə çəkib. Hücumlarda həyatını itirənlər arasında doqquz polisin olduğu bildirilir.
Son hücum isə Mingorada yerləşən Məsciddə təşkil edilib. Terror zamanı 22 günahsız insan şəhid olub, 70-dən çox insanın isə yaralandığı bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır