3 yanvar 2013 - 20:30

“Ədnan əl-Sirac” bildirib: “Yaxalanan terroçular, Ərbəin mərasimi zamanı 50 terror aktı həyata keçirtmək qəsdində olduqlarına etiraf etmişlər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraqın "Hüquqi Dövlət" Koalisiyanın üzvü “Ədnan əl-Sirac”, ötən günlər ərzində, 15 terror şəbəkəsinin darmadağın edilərək, 89 üzvünün yaxalandığı xəbərini verib.

“Ədnan əl-Sirac” bildirib: “Yaxalanan terroçular, Ərbəin mərasimi zamanı 50 terror aktı həyata keçirtmək qəsdində olduqlarına etiraf etmişlər. Onların bildirişlərinə görə, terror aktları, piyada ziyarətə gələn zəvvarların yolu üstündə həyata keçiriləcəkmiş”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır