Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gün Səfər ayının 3-cü, İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) nəslindən olan mə`sum övladı, Allahın (cəllə cəlaluh) yer üzərindəki ki Höccəti, Muhəmməd ibn Əlinin (əleyhiməs səlam) anadan olan günüdür.
Bu gün, bəşəriyyətin ən sevincli günlərindən biri sayılır. Bu anlar Alah Təalaya edilən duaların qəbul olan anlarıdır.
Biz ABNA olaraq dünya xalqlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətlərinin özünü və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.
İmam Baqirin qısa kəlamları
1- “Ey Cabir! Hər kim Allaha itaət edər və biz Əhli Beytin (əleyhimus səlam) məhəbbətini daşıyar, o, bizim vəlimizdir. Amma hər kim Allah itaət etməyərsə, bizə məhəbbət bəsləməyi ona heç bir fayda verməyəcəkdir.”
2- “İnsanın kamilliki, onun dində alim olmasında, bəlalara səbr etməsində və həyatında ifrat və təfritə yol verməməsindədir”.
3- “Cümə günü sədəqə verməyin savabı daha da artıq olur”.
4- “Ey insanlar! Doğru danışın. Allah doğru danışanlarladır”.
5- “Qiyamət günü hammıdan artıq həsrət çəkib, təsüflənən kəs, ədaləti tərifləyən, lakin ona əməl etməyən insandır”.
6- “And olsun Allaha, hər kim (bir məsələdən ötrü) çox dua edərsə, mütləq onun hacəti qəbul olar”.
7- “Bizim şiələr, yalnız Allaha (cəllə cəlaluh) itaət edən kəslərdir”.
8- “Müsəlman o, ksədir ki, digər müsəlmanlar onun dilinin və əlinin əziyyətindən amanda qalarlar”.
9- “İslamın əsası beşdir: 1- Namaz. 2- Zəkat. 3- Mübarək Ramazan ayının orucu. 4- Həcc. 5- İmamların Vilayətin qəbul etmək”.
10- “Dişləri yuyub iki rəkət namaz qılmaq, dişləri yumayıb 70 rəkət namaz qılmaqdan üstündür”.
11- “Öz işilərndə, Allahdan qorxan insanlar ilə məşvərət et”.
12- “Elmindən bəhrələnən alim, 70 min abiddən üstündür”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır