16 dekabr 2012 - 20:30

Suriyadakı silahlı terrorçular, Suriya Milli Ordusu qarşısında acizliklərin dərk etdikdən sonra, suriyalılara qarşı Avropanın hədiyyə etdiyi kimyəvi silahlardan istifadə edəcəklərini bildiriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyadakı Silahlı Terrorçuların, dovşan və siçanlar üzərində apardıqları kimyəvi maddələrin sınadığını əks etdirən video klipin internetdə yayınlanması, Suriya xalqı arasında böyük qayğılara gətirib çıxartdı.

Suriya xalqı, başda Türkiyə və bəzi Qərb dövlətlərin silahlı terrorçuları dəstəklədiyini və bu canilərə kimyəvi silah hədiyyə etdiyini bildirir.

Suriyalı hərbi ekspert Səlim Hərbə isə verdiyi açıqlamada, Amerika və onun müttəfiqləri Dəməşq rəhbərliyini kimyəvi silah istifadə etməkdə günahlandırır, ancaq pərdə arxasında silahlı terroristlərə kimyəvi silah verir. Silahlı terroristlər də kimyəvi silahları quldur israil rejiminin hazırladığı bir ssenari çərçivəsində istifadə edərək günahı Dəməşq rəhbərliyi üzərinə yıxmağa çalışırlar.

Türkiyə, Suriyadakı vəziyyəti mürəkkəb hala gətirmişdir

Suriya Parlamentinin nümayəndəsi, millət vəkili Həsən Şaban Beri, “Ərəb Birliyi Suriya mənfəətlərini qorumaqdansa ABŞ-ın mənfəətlərini qoruyur”- deyə söyləyərək, Türkiyənin Suriyadakı vəziyyəti daha da mürəkkəb hala gətirdiyini açıqlayıb.

Millət vəkili Həsən Şaban Beri, müsahibədə Suriyadakı son vəziyyəti qiymətləndirərək, bu ölkədəki terrorizmin ABŞ, Qatar və Səudiyyə Ərəbistanı tərəfindən təşkil edildiyini və bu kimi Silahlı qrupların Suriyada müxalifət cəbhəsindən sayılmadığını açıqlayıb.

Ərəb Birliyinin Suriya əleyhdarı olaraq təşkil etdiyi konfranslara da işarə edən Suriya Parlamentinin nümayəndəsi, Ərəb Birliyin Suriya mənfəətlərini qorumaqdansa ABŞ-ın mənfəətlərini qoruduğuna görə Ərəb Birliyinə güvənmədiklərini söyləyib.

Həsən Şaban Beri, Türkiyənin Suriyadakı terroristlərə verdiyi maddi və mənəvi dəstəyi, bu ölkədəki vəziyyəti daha da mürəkkəb hala gətirdiyini vurğulayıb. O, bildirib ki, lakin buna baxmayaraq, Suriya əsgərləri bir çox bölgəni nəzarət altına almışdır.

Suriyada daha bir Türk vətəndaşı öldürülüb

İdlibdə terror qruplarla Suriya Milli Ordusu arasındakı yaranmış qarşıdurmalarda Həmzə Yavuz adlı bir Türk vətəndaşı həyatını itirdi

Türkiyə sərhədləri ilə Suriyanın İdlib bölgəsinə qanunsuz daxil olan Həmzə Yavuz adlı Türk vətəndaşı, Suriya Milli Ordusunun terrorçulara qarşı təşkil etdiyi növbəti “Təmizlənmə Əməliyyatı”nda öldürülmüşdür.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır