4 dekabr 2012 - 20:30

Suriya Terrorirstlərinin Ali Şurası 25 terroristin Suriya Milli Ordusu tərəfindən güllələndiyini və onların hava limanı ərazisində əsir götürüldüklərini bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb rayonunda hökumət qüvvələri 25 terroristi edam ediblər.

Suriya Terrorirstlərinin Ali Şurası 25 terroristin Suriya Milli Ordusu tərəfindən güllələndiyini və onların hava limanı ərazisində əsir götürüldüklərini bildirib.

Şura həmin ərazidən yalnız 12 cəsədin çıxarıldığını, qalan cəsədlərin snayperlərin açdıqları atəş səbəbindən götürə bilmədiklərini deyib.

Terrorirstlərinin Ali Şurası, ərazidə olan snayperlərin hərəkət edən hər şeyə atəş açdıqlarını söyləyərək artıq vəziyyətin gərgin olduğuna etiraf edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır