Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Mexikoda «Article 19» beynəlxalq təşkilatının fəalları Heydər Əliyevin bütünün üstünə qara örtük atıblar. Bununla da onlar Azərbaycanda söz azadlığının boğulmasına, hüquq müdafiəçiləri və jurnalitslərin həbsinə etiraz ediblər.
Bundan əlavə fəallar bütün aşağı hissəsinə löhvə yerləşdirərək ora «Azərbaycandan kənarda səxavətlisiniz, ölkə daxilində isə tənqidçilər həbsə atılır» yazıblar.
Xatırladaq ki, Meksikanın paytaxtında Heydər Əliyevin bütünün qoyulması şəhər əhalisinin narazılığına səbəb olub. Azərbaycan Mexikoda iki parkın təmirinə 5 mln. ABŞ dolları xərcləyib, bundan sonra bütün parklardan birində qoyulmsına icazə alıb.
Artıq Mexikoda heykələ qarşı bir neçə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Meksika xalqının qəhrəmanlarının yanında min kilometrlə aralıda yerləşən ölkənin diktatorunun bütünü görmək istəmədiklərini” dilə gətiriblər. Nəticədə xüsusi yaradılmış komissiya Mexiko rəhbərliyinə Heydər Əliyevin bütünün qoyulmasına icazə verməklə səhv etdiyini bildirib. Komissiya bütün götürülməsi haqda qərar verib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır