Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən kinodramaturq Eldəniz Quliyev bildirib: “Mən Siyavuş Novruzova dərin minnətdarlığımı bildirirəm. Onlar bizim yeni yaranan təşkilat və mənim haqqımda çox tənqidi fikirlər söyləyirlər. Bu mənim üçün alqış deməkdir”.
O, S.Novruzovun dediklərini “dişsiz ağızın marçıltısı” adlandırıb: “Qoy desin, doğrusu, mən belə insanlara acıyıram. Onlar məntiqdən nə qədər uzaq olduqlarını anlamırlar. Xəstə adamdan nə gözləmək olar? Bu xəstəliyin adı var “siyasi distrovik”lik.
Normal ölkədə o, müştəri səsləyən avtobus konduktoru ola bilərdi. Bizdə isə çox təəssüf ki, hakim partiyanın sözçüsüdür. Mən düz dayanmışam və kölgəmin əyri düşməyindən qorxmuram. Heç olmasa susun. Biz ölkədə baş verən hadisələrə, problemlərə münasibət bildirəndə onlar bizə qarşı informasiya xuliqanlığı nümayiş etdirirlər. İnsanı təhqir etmək nəyə lazımdır?”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır