Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sepahın (İran İslam İnqilabı Keşikçilər Korpusu) Hava Qüvvələrinin Baş Komandanı ABŞ-ın pilotsuz təyyarələrinin İİR səmasına soxulmasının təkrar olacağı barədə o ölkəyə sərt xəbərdarlıq edib.
Sepahın (İslam İnqilabının Keşikçilər Korpusu) Hava Qüvvələrinin Komandanı General Əmirəli Hacizadə bazar günü Tehranda müxbirlər qarşısında ABŞ-a xəbərdarlıq edərək deyib: "Əgər ABŞ-ın pilotsuz təyyərələri bir daha ölkə səmasının mühafizə olunmuş məntəqəsinə (FİR) daxil olsa, Sepahın kəskin reaksiyaları ilə üzləşəcəkdir.
General mayor Hacizadə ABŞ-ın pilotsuz təyyarəsi barədə deyib: "Əldə edilən məlumatlara əsasən, ABŞ-ın pilotsuz təyyarəsi casusluq məqsədi ilə İran İslam Respublikasının səmasına göndərilmişdir. Təyyarə hərbi sahədə casusluqdan əlavə, İİR-ın cənubunda yerləşən Xark adasında neft gəmiləri barədə informasiya əldə etməyə çalışıb".
Bir neçə gün öncə ABŞ-a məxsus pilotsuz təyyarə İran İslam Respublikasının Fars Körfəzi ətrafındakı səmasına daxil olarkən Sepahın Hava Qüvvələrinin dərhal reaksiyası ilə üzləşərək məntəqədən qaçmaq məcburiyyətində qalmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır