8 noyabr 2012 - 20:30

Masallıda həbs olunan 9 dindardan daha iki nəfərin həbs müddəti uzadılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən saat 16:00-da Bakı şəhəri Nəsimi rayon məhkəməsində Masallı dindarlarından Surac Ağayev və Xalid Kazımovun məhkəməsi keçirilib.

Həbs olunanan dindarlar bunlardır: Araz Quliyev, Ziya Tahirov, Rza Ağalı, Xalid Kazımov, Surac Ağayev, Vüsal Quliyev, Nicat Əliyev, Namiq Kişiyev və Abuzər Axundov.

Cinayət işinin mürəkkəbliyi nəzərə alınaraq istintaq müddəti və ŞƏRLƏNƏN inanclı vətəndaşlar - Surac Ağayev və Xalid Kazımovun həbsdə saxlanılma müddəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmənin qərarları ilə həbs müddəti daha iki ay uzadılıb.

Xatırladaq ki, dünyanın dörd güşəsində yaşayan “üzdəniraqları” cəmləyib Qeyrətli Azərbaycan diyarına gətizdirən əliyevlər sülaləsi, 08 sentyabr 2012 tarixdə Masallı rayonunda beynəlxalq folklor festivalı adı altında “mini evrovision” şöhrətli, yarıçılpaq rəqqasələrdən ibarət diskoteka tədbirin keçirtməklə bir daha pozğun və üzdəniraqlara olan sayğıların ortaya qoymuşlar.

Bu pozğunçuluğa etiraz olaraq Masallı Dindarları “diskoteka”nın keçirilən məntəqəsinə gələrək bədnam tədbirin keçirilməsin, milli və mənəvi dəyərlərə zidd olmasını və bu işin Azərbaycan deyil məhz erməni mentalitetinə uyğun olduğunu vurğulamışlar. Lakin rejim strukturlarına aid olan polis və mtn işçiləri dindarları rezin dəyənəklərlə döyərək polis idarəsinə aparmış. Və beləliklə də Talış Bölgəsində dindarlara qarşı qabaqcadan hazırlanmış “represiya divanı”n həyata keçirtmişlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır