4 noyabr 2012 - 20:30

Kilsə mərasimində torpaq iddiaları da eşidilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Diyarbəkir vilayətindəki erməni məbədi olduğu bildirilən müqəddəs Kirakos kilsəsində yenidən kilsə zəngləri çalınıb. Arxiyepiskop Aram Atəşyan mərasimdə iştirak edib.

Ancaq mərasimlə bağlı məlumat yayan bəzi erməni mətbuatı Diyarbəkirin adını dəyişdirərək Tiqranakert kimi qeyd ediblər.

 “Armenian Weekly” xəbər verib ki, mərasimdə Türkiyə və xarici ölkələrdən yüzlərlə erməni iştirak edib.

Mərasimdə çıxış edən Müqəddəs Kirakos Fondunun rəhbəri Ərgün Aylik kilsəni “şəhərdə ermənilərin çoxluqda olduğunun nişanəsi” adlandırıb: «Bizim babalarımız onu qorumağı bizə tapşırıblar, amma məlum səbəblərdən biz bu irsi qoruya bilmədik. Bu kilsədə aparılan bərpa işləri bizim abidələrimizin özümüzə qaytarılması prosesinin başladığını bildirir”.

Kilsədə aparlan təmir və barpa işləri Diyarbəkir valisi Osman Baydəmirin dəstəyi ilə həyata keçirilib.

 P.S: Vay o günə ki, bizi baltalıyan baltanın sapı özümüzdən olsun!

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır