Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasında vertikal uçuş həyata keçirən ilk pilotsuz təyyarə yaradılıb.
Bu barədə layihə iştirakçılarından olan Abbas Cam məlumat verib.
Onun sözlərinə görə, pilotsuz təyyarə qabaqcıl texnologiyaya əsasən yaradılıb və dünyada analoqu yoxdur.
A.Cam onu da bildirib ki, təyyarə uçuş vaxtı səssiz hərəkət edir və pilotsuz təyyarənin ilk sınaq uçuşu gələn il keçiriləcək.
Xatırladaq ki, daha əvvəl İran İslam Respublikasının Müdafiə Naziri Əhməd Vahidi bildirimişdi ki, İslam Respublikası ən müasir texnologiyalardan istifadə əsasında yaradılmış pilotsuz təyyarələrə malikdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır