3 noyabr 2012 - 20:30

Sabiq rəis müavini:”Mənim sözüm budur ki, bu işin başında duran narkobaronların dostu olan Səfər Nuriyevdir və işləri gördürən odur. Məsələ mənlik deyil. Hacı bunların hamısın məndən yaxşı bilir. 1 nəfər bizə dediki gedin məscidə orda Hacı İlqar var . Onu tutun bura gətirin,üzərində külli miqdarda narkotik “var” . Bu iş ən böyük günahdır bizim üçün. Göstərişi Səfər Nuriyev verdi”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu ilin may ayında Bakıda keçirilən bədnam “evrovision”un fəsadlaraı hələdə davam etməkdədir. Belə ki, Azərbaycanın milli və mənəvi dəyərlərinə zidd olan və habelə iqtisadi baxımdan heç bir dəyərə malik olmayan müsabiqəyə yalnız öz fikrin bildirənlər əliyev rejiminin ənənəvi siyasətlərinə uyğun olaraq müxtəlif bəhanələr ilə ŞƏRLƏNİB zindanlara salındılar. bu iyrənc oynun qurbanlarından biri də məhz Azərbaycanın tanınmış Ruhanisi Hacı İlqar Əliyevdir.

Məlumata görə, dünən Cəlilabadda Mübariz Ruhaninin növbəti məhkəmə prossesi keçirilib.

İslamazeri.az-a məhkəmədə iştirak edən şəxslərdən biri proseslə bağlı  geniş reportaj göndərib.

Prosesdə ilk öncə Hacı İlqara qarşı “əməliyyat” keçirən rayonun Narkotiklə Mübarizə qrupunun sabiq rəhbəri Oqtay adlı şəxs şahid qismində dindirilib.

Hakim:

-Danışın

Oqtay:

-Cənab Hakim biz təxminən 3 ay əvvəl Hacı İlqarı tutub bölməyə apardıq.

Bu cümləni deyəndə hakim onun sözünə müdaxilə etdi:

-3 ay yox, 9 ay Oqtay müəllim, özünüzü itirməyin.

Oqtay:

-Yadımda qalmayıb. Cənab Hakim biz 4 nəfər Hacı İlqarı tutub gətirdik şöbəyə, 3 saatdan sonra bölməyə apardıq.

Bu fikirləri söyləyəndə vəkil hakimdən sual verməsinə icazə istədi. Hakim etiraz etmədi.

Vəkil dedi:

-Niyə görə Hacını 3 saatdan çox saxladınız?

Oqtay:

-Biz hal şahidi axtarırdıq.

Vəkil: Göytəpədə siz tanıdığınız adam yox idi ki, hal şahidliyi etsin? (red. Hacının üzünə duranlar Cəlilabaddandırlar).

Bu dindirilmə zamanı Hacı İlqar öz fikirlərini bildirdi:

-Mən məsciddən şöbəyə kimi 50 metr piyada gəldim. Əgər cibimdə narkotika olsaydı onu atardım yerə. Yol boyu iki dəfə sən-Oqtay əlini cibimə saldın. Birinci dəfə yoxladın ki, cibim cırığdı ya yox. İkinci dəfə isə nə isə qoydun. Şöbəyə gələndə isə, cibimdən Quran çıxdı. Başına vurub dedin, bəli mən Allahdan qorxuram.

Hacı İlqar sözlərinin davamında bir daha özünün sifarişlə həbs edilməsini önə çəkərək deyib:

-Mən haqsızlığa, “evrovijin”ə, hicabsızlığa qarşı çıxdığıma görə həbs edilmişəm. Mənə narkotiki yapışdıra bilməzsiniz. Narkotika mənlik deyil. Mən sözümü demişəm və deyəcəyəmdə. Siz istəyirsiz bu qondarma ittihamlarınızı hakimə təsdiq etdirəsiniz. Bir belə atalar misalı var ”İtin yiyəsi varsa, canavarın da Allahı var. Ata minmisiniz, bir gün düşəcəksiz, həmişəlik qalmazsınız.

Oqtay birdən üzünün qızarmasını sanki hamı görməsini hiss edib dedi: 

-Hacı Qurana and içə bilərsən ki, narkotiki mən qoymuşam sizin cibinizə?”.

Hacı İlqar:

-And içərəm, amma sən Quran tanıyan adam deyilsən. Bizim böyük məhkəməmiz hələ qabağdadır. Orda bilinəcək haqq kimdi, nahaq kim. Mənim alnım Allah qarşısında açıqdı. Mən özümü, ailəmi, nəslimi yazdım İmam Hüseynin karvanına, siz isə yazdınız Yezidin karvanına. Haqq bizimlədir. Siz nə qərar versəniz verin. Mənim vəkilimdə, şahidimdə Allahdı. Mən bu işi Allaha tapşırdım. Mənim vəzifəm haqqı deməkdi. Mən İmam Hüseynin məktəbini oxumuşam, mən qorxaq deyiləm, qorxaq olsaydım danışmazdım.

Vəkil isə bu çıxışdan sonra Hakimə üzünü tutub dedi:

-Möhtərəm Hakim niyə görə Hacı İlqar 3 saat bölmədə saxlanılıb, hal şahidi Göytəpədə tapmaq olmazdı? Niyə üstünə baxış saxlanılan yerdə edilməyib?”.

Oqtay isə - "Başa düşün alınmadı" – sözü ilə kifayətlənib.

Hacı İlqar:

Bura mənim Azərbaycanımdır, mənim namusuma, mənim qızımın başına, qeyrətimə əl uzadanın ya əlini kəsməliyəm, ya da ki, zindanda yatmalıyam.

Hakim:

Hacı sənin məsələnə görə çox insan narahatdır. Mən hamıdan çox narahatam. Sizin hamınızdan çox əziyyət çəkən mənəm. Mən məsələni işıqlandırmalıyam. Daha sonra hakim şahiddən sözünün olub olmadığln soruşub.

Şahid qismində dindirilən Narkotiklə Mübarizə qrupunun sabiq rəhbəri Oqtay isə cavabında belə deyib: 

-Mənim sözüm budur ki, bu işin başında duran narkobaronların dostu olan Səfər Nuriyevdir və işləri gördürən odur. Məsələ mənlik deyil. Hacı bunların hamısın məndən yaxşı bilir. 1  nəfər bizə dediki gedin məscidə orda Hacı İlqar var . Onu tutun bura gətirin,üzərində külli miqdarda narkotik “var” . Bu iş ən böyük günahdır bizim üçün. Göstərişi Səfər Nuriyev verdi.

Hakim: 

-Bizim heç bir planımız,fikrimiz,məqsədimiz yoxdur. Nuriyev 1-ci gün məhkəməyə çağrılacaq məsələ həllin tapacaq.

Növbəti məhkəmə iclası noyabr ayının beşinə təyin olunub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır