31 oktyabr 2012 - 20:30

İran xalqının istikbarçı Amerika ilə 60 illik mübarizəsini anlatan cənab Ayətullah Xamenei, İslam Hakimiyyətinin və habelə İran xalqının maddi mənəvi xariqüladə inkişafını yalnız İslam sayəsində və xalqla dövlət rəsmiləri arasında vəhdət ilə mümkün olduğunu bildirib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dünya Müsəlmanlarının Ali Lideri həzrəti Ayətullah Xamenei, 3 Noyabr şagird günü münasibəti ilə minlərlə tələbəni qəbul edib.

İslam İnqilabının Rəhbəri İmam Xamenei cənabları, minlərlə şagirdin qəbulunda, İmam Hadinin (səlamullahi əleyh) müqəddəs doğumu və Qədr-Xum bayramı münasibəti ilə təbrik edib.

İran xalqının istikbarçı Amerika ilə 60 illik mübarizəsini anlatan cənab Ayətullah Xamenei, İslam Hakimiyyətinin və habelə İran xalqının maddi mənəvi xariqüladə inkişafını yalnız İslam sayəsində və xalqla dövlət rəsmiləri arasında vəhdət ilə mümkün olduğunu bildirib.

İmam Hadinin (səlamullahi əleyh) müqəddəs doğumu və həmçinin Qədr bayramını qeyd edən Ayətullah Xamenei, 3 Noyabr şagird günü də İran xalqının müqavimətinin simvolu olan tarixi günlərdən biri olduğunu ifadə edib.

Ayətullah Xamenei həmçinin eyni gündə İmam Xomeyninin (rəhmətullahi əleyh) sürgün edilməsi və yenə eyni gündə Amerikanın casusluq yuvası olan Tehran səfirliyinin iranlı tələbələr tərəfindən fəth edilməsini, İran xalqının Amerika ilə apardığı mübarizəsinin daimiliyini əks etdirdiyini bildirmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır