30 oktyabr 2012 - 20:30

Twitter sosial şəbəksində "Azad Suriya Ordusu"nda Suriya Milli Ordusuna döyüşən İbrahim Əl Azəri və Əbu Hənifə adlı şəxslərin fotoları yayılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyada iki azərbaycalı öldürülüb. Bu barədə twitter sosial şəbəkəsində  xəbər yayıb.

Twitter sosial şəbəkəsində Suriyada öldürülən və azərbaycanlı olduqları iddia edilən şəxslərin fotoşəkilləri yayımlanıb.

Bununla bağlı məlumatda Suriyanın İdlib və Hums şəhərində gedən döyüşlərdə qətlə yetirilən azərbaycanlılar “azad suriya ordusu” adlı terrorist qruplaşmasının sıralarında vuruşan İbrahim Əl Azəri və Əbu Hənifə adlı şəxslərdir.

Qeyd edək ki, bir qədər əvvəl xarici informasiya agentliklərində Suriyada hökumət əleyhinə döyüşənlər arasında azərbaycanlıların olması haqda xəbər yayılmışdı.

Agentliklər Əfqanıstan, Şimali Qafqazdan olan döyüşçülərlə birlikdə Azərbaycandan gələnlərin də Suriya Milli Ordusuna qarşı vuruşduğunu yazmışdı. Bu səbəbdən sosial şəbəkədə yayılan məlumatın dəqiq olması inandırıcı gəlir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır