29 oktyabr 2012 - 20:30

Göydəlləkli kənd sakini, 62 yaşlı qadın yaşadığı evin həyətində yanaraq dünyasın dəyişib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Ağsu rayonunda qadın diri-diri yanıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, dünən Göydəlləkli kənd sakini, 62 yaşlı Ayşəgül Məhərrəmova yaşadığı evin həyətində yanaraq dünyasın dəyişib.

Onun hansı şəraitdə yanması hələlik məlum deyil. Ailə üzvlərinin bildirdiklərinə görə, A.Məhərrəmova ocaq qalayarkən yanıq xəsarəti alıb. Hazırda isə istintaq onun hansı şəraitdə yanmasını araşdırır. Mərhumun özünə qəsd etməsi versiyası da araşdırılır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır