19 oktyabr 2012 - 20:30

Mehman Pərəst: “Biz Livan xalqını və bu ölkədəki müxtəlif qrupları öz aralarındakı ittifaqı qoruyub saxlamalarına dəvət edirik. Həm də şübhəsiz bölgədə narahatlıq və qeyri-sabitlik yaşanmasından tək mənfəət aparan tərəf məhz Livan xalqının və eləcədə ümum regionun əsas düşməni sayılan sionist israil rejimidir".

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün media qarşısında çıxış edən İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Spikeri, dünən Beyrutda baş verən terror hadisəsini şiddətlə qınadı.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi sözçüsü Ramin Mehman Pərəst dünən axşam, Livanın paytaxtı Beyrutda həyata keçirilən terror hadisəsini şiddətlə qınamaqla yanaşı, günahsız bir qrup insanın bu hadisədə həyatını itirməsi, yaralanmaları və yaşayış binalarına, ticarət mərkəzlərinə və dövlət mülkünə dəyən külli miqdarda ziyana görə, İran İslam Respublikasının böyük kədər hissi keçirdiyini də ifadə edib.

Mehman Pərəst daha sonra əlavə edərək deyib: "Bu hərəkət şübhəsiz Livandakı siyasi cərəyanlar və bu ölkə xalqının müxtəlif seqmentlərini qruplara bölmə məqsədiylə həyata keçmiş, habelə Livan xalqı və hökumətinin mənafelərini güdməyən və sırf öz murdar mənafelərini düşünən bir qrup elementlər tərəfindən reallaşdırılmışdır".

Xarici işlər Nazirliyinin sözçüsü Mehman Pərəst həmçinin, bu terror hadisəsində cavabdeh olanların hammısının bir nəfərə kimi müəyyən edilib həbs edilmələrinin lazım olduğunun bildirərək deyib: “Biz Livan xalqını və bu ölkədəki müxtəlif qrupları öz aralarındakı ittifaqı qoruyub saxlamalarına dəvət edirik. Həm də şübhəsiz bölgədə narahatlıq və qeyri-sabitlik yaşanmasından tək mənfəət aparan tərəf məhz Livan xalqının və eləcədə ümum regionun əsas düşməni sayılan sionist israil rejimidir".

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır