15 oktyabr 2012 - 20:30

Görüş qapalı şəraitdə 40 dəqiqə davam edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədi Nejad iştirakçı ölkələrin bəzilərinin rəhbərləri ilə görüşüb.

Aldığımız məlumata görə, daha çox diqqət mərkəzində olan Əhmədi Nejadın Türkiyənin Baş Naziri Rəcəb Təyyib Ərdoğanla görüşü olub.

Görüş mətbuat üçün qapalı şəraitdə 40 dəqiqə davam edib.

Bildirək ki, görüşdə Suriya məsələsi müzakirə edilməsi istisna olunmur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır