Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Dünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyid Əli Xamenei Şimali Xorasana səfəri zamanı bildirib: “Ölkədəki iqtisadi vəziyyətin yaxşılaşması üçün yerli istehsalı inkişaf etdirmək tələb olunur”.
İmam Xamenei cənablarının sözlərinə görə, cari ilin prioritet strategiyası məhz yerli istehsala dəstək verilməsidir.
Ayətullah Xamenei daha sonra xarici mallara deyil məhz yerli mallara üstünlük verməlməsin vurğulayaraq bildirib: “İran xalqı tanınmış marka və brendlərə deyil, yerli mallara üstünlük verməlidir. Xarici mallara üstünlük vermək təhlükəlidir. Yerli məhsullara üstünlüyün verilməsi istehsalın artması üçün yaxşı zəmin yaradacaq ki, bu da bir sıra problemlərin, o cümlədən, işsizliyin aradan qalxmasına yardımçı olacaq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır