Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qoşulmama Hərəkatının Tehran sammitində məhz İran İslam Respublikasının səyi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağın mülkiyyəti üzrə haqqının tam dəstəklənməsi, rəsmi Bakının könlünə görə olsa da lakin Bakı rəsmiləri burada İİR-ın rolunu qeyd etməkdən çəkinirlər.
İlham Əliyev Nazirlər Kabinetinin 10 oktyabr iclasında Azərbaycan Respublikasının DQ haqqının Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə tərəfindən dəstəklənməsini qeyd edib. Lakin o, Qoşulmama Hərəkatının zirvə görüşünün harada keçirilməsini heç yada da salmayıb.
Eyni halda NATO iclasından danışan İlham Əliyev bu iclasın ABŞ-ın Çikaqo şəhərində keçirilməsini vurğu ilə qeyd edib. İlham Əliyev belə əlavə edib : “Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanıb!”
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan Respublikasının DQ məsələsində dəstəklənməsi ən açıq və qətiyyətli formada QH-nın Tehran zirvəsində baş tutmuşdur. Ancaq xeyli zəif diplomatik uğurlarını bayram edən rəsmi Bakı Tehran sammitində DQ məsələsinin Azərbaycan Respublikasının xeyrinə həll olunmasına dair qətnamənin qəbulundan heçdə məmnuniyyət bildirməmişdir. Baxmayaraq ki, bu qətnaməyə görə Ermənistan dəfələrlə İran İslam Respublikasına etiraz edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır