7 oktyabr 2012 - 20:30

Visokoda bələdiyyə sədrliyinə seçilən Əmra Babiç Avropanın ilk hicablı bələdiyyə sədri olub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bosniya-Hersoqovinada dünən keçirilən bələdiyyə seçkilərində hicablı Əmra Babiç Visoko şəhərində səslərin 29,39%-ni toplayaraq Bosniyanın və Avropanın ilk baş örtülü bələdiyyə sədri olub.

Daha əvvəl bələdiyyə məclis üzvü də olan Babiç Aliyə İzzətbəyoviç tərəfindən qurulan Demokratik Hərəkət Partiyası "SDA"nın namizədi kimi qatıldığı seçkilərdə Visoko Bələdiyyəsinin sədri oldu.

Babiç Bosniya müharibəsi əsnasında şəhid olan əsgərlərin ailələrinə dəstək olan bir vətəndaş cəmiyyəti qurumunun da rəhbəridir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır