3 oktyabr 2012 - 20:30

Müzakirələr xalqın qarşısında aparılsın. Hansı AKP-li millət vəkilin övladı müharibəyə gedəcək? Bu doğru deyil

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə Böyük Millət Məclisində Şanlıurfanın Akçakale bölgəsində baş verən hadisədən sonra hökumətə sərhəddənkənar əməliyyatların aparılmasına səlahiyyət verən qanun layihəsinin müzakirəsi aparılır.

Müxalifət millət vəkilləri qanun layihəsinin mətnində üslub xətası olduğunu iddia edir. Həmçinin bəzi millət vəkilləri iclasın qapalı aparılmasına etiraz edib.

Ana müxalifət partiyası CHP-dən millət vəkili Muharrem İnce deyib: "Bizim deyəcəklərimiz gizli deyil. Niyə millətdən gizlədirik bunu! Müzakirələr xalqın qarşısında aparılsın. Hansı AKP-li millət vəkilin övladı müharibəyə gedəcək? Bu doğru deyil. Bu millətin uşaqları döyüşə gedəcək, bunu hər kəs bilməlidir.

Sərhəd müəyyən deyil. Siz bu layihə ilə dünya müharibəsi edə bilərsiniz. “Türk silahlı qüvvələrinin xarici ölkələrə göndərilməsi” deyir. 200 ölkə var, hansı müəyyən deyil.

Şimali İraqla əlaqədar layihədə hər şey dəqiq idi, bu isə Konstitusiyanın 92-ci maddəsinə ziddir. Layihədə "Suriya silahlı qüvvətləri tərəfindən icra edilən" cümləsi var. Siz günahkarı tapmısınız”.

İncə, “Qapalı iclasda gizli məlumat əldə etmirik” deyərək iclasın açıq keçirilməsi tərəfdarı olduğunu bildirib”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır