1 oktyabr 2012 - 20:30

Qondarma məhkəmə iclası bu gün saat 10:00-da keçirilməli idi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün 2 oktyabr 2012 tarixdə Mübariz Ruhani Hacı İlqar Əliyevin məhkəməsi keçirilməli idi

Qondarma məhkəmə iclasının saat 10:00-da keçirilməsi gözlənilirdi.

Məhkəmə binasının qarşısına çox sayda ruhani, dindar və ruhaninin ailəsi gəlib.

Lakin sonradan məlum olub ki, Hacı İlqar Əliyev Kürdəxanı istintaq təcridxanasından Cəlilabada aparılmayıb. Məhkəmə oktyabr ayının 12-sindən sonraya təxirə salınıb.

Ruhaninin ailəsi məhkəmənin yubadılmasını Hacı İlqar Əliyevin mübarizliyi və qətiyyətliliyi ilə əlaqələndirirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır