8 sentyabr 2012 - 19:30

Livan, Bəhreyn, Yəmən və digər Ərəb ölkələrindən dəvət edilən tanınmış Şiə lider və mütəfəkkirlər də yığıncağa qatılmayaraq Türkiyəyə olan güvənlərinin qalmadığı mesajını veriblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə Dəyanət Vəqfı İslam Araşdırmaları Mərkəzi (İSAM) və Marmara Universiteti Orta Şərq Araşdırmaları İnstitutunun əməkdaşlığı ilə Le Meridian Otelində təşkil olunan 'Ərəb Oyanışı və Orta Şərqdə Sülh: Müsəlman və Xristian Perspektivlər' konfransda 19 ölkədən Müsəlman və Xristian birliklərin liderləri, alimləri və mütəxəssisləri iştirak edib

İstanbulda reallaşan, 19 ölkədən mütəxəssislərin qatıldığı, sözdə Dini Liderlər zirvəsinə heç bir şiə lider və mütəfəkkirin qatılmaması diqqət çəkib.

İran İslam Respublikasından İslam İnqilabı Rəhbəri, Dünya Müsəlmanlarının Lideri, Ayətullah Xameneinin vəkili Əli Əkbər Vəlayəti, İran İslam Respublikasının keçmiş İslam Şurası Məclisinin sədri və İslam İnqilabı Rəhbəri müşaviri Gulamali Haddad Adil, İİR-ın İnsan Hüquqları Şurasının sədri Məhəmməd Cavad Laricani yığıncağa dəvət edilənlər arasında idi. Lakin bu adlardan toplantıya qatılan olmayıb.

Ayətullah Sistani də nümayəndə göndərmədi

Daha əvvəl heç bir siyasi liderlə görüşü qəbul etməməsinə baxmayaraq Baş nazir Ərdoğanı qəbul edərək tarixi bir görüşməyə imza atan Ayətullah Sistani bu toplantıya dəvət edilən nümayəndəsi Kərbəlanın İmam Cüməsi Seyid Əhməd Safiyi toplantıya göndərməyib.

Toplantının açılışında çıxış edən baş nazir Ərdoğan Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ölkələrdə Şiələrin təzyiq və zülm altında olmasından tək söz belə danışmayıb.

Ərdoğanın Suriyadakı hadisələr üzərində dayanması, yığıncağın hədəfinin AK Partiya hökumətinin Suriya siyasətinə dəstək axtarış səyləri olaraq şərh olunur.

Livan, Bəhreyn, Yəmən və digər Ərəb ölkələrindən dəvət edilən tanınmış Şiə lider və mütəfəkkirlər də yığıncağa qatılmayaraq Türkiyəyə olan güvənlərinin qalmadığı mesajını veriblər.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır