Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Hərbi Dəniz Donanmasının komandanı, admiral Həbibullah Səyyari deyib: İran İslam Respublikasının hərbi dəniz qüvvələri Fars körfəzinin beynəlxalq sularında yerləşmiş Amerika gəmilərinin bütün hərəkətlərini nəzarətə götürüb. Biz onların Fars körfəzindəki bütün fəaliyyətləri barədə tam məlumata sahibik.
O, universitet tələbələrilə görüşdə onların suallarını cavablandırıb və deyib: Amerikaya heç bir adla bizim sualırımıza girməyə icazə vermərik.
O, deyib: Biz müqəddəs müdafiə zamanı təchizat baxımından Amerika və İraq ordusundan olduqca geridə idik. Amma, iman, etiqad və iradə gücümüzlə onlara qələbə çala bildik.
O, Somalinin dəniz quldurları ilə mübarizədən də danışdı. Tələbələr soruşdular: Somali geridə qalmış, əhalisi də olduqca kasıbdır. Necə olur ki, onlar müasir silahlar və sürətli qayıqlar əldə edirlər? Səyyari cavab verdi: Piratlar Amerika və Qərb ölkələrinin xeyrinədir. Çünki, Amerika və İngiltərədə olan sığorta şirkətləri təhlükəli regionlar üçün sığorta haqqını bir neçə qat artırırlar. Həqiqət budur ki, Somali dənizlərindəki piratların olmasının qazancı onların öz ciblərinə gedir.
O, dedi: Somalinin sahillərinə nüvə tullantılarının boşaldılması, bu ölkə əhalisinin əsas qazanc yeri olan balıqçılığa böyük zərbə vurdu. Nəticədə, dəniz quldurları yarandı. Bu isə, dünya iqtisadiyyatına ildə 7-12 milyard dollar zərbə vurur. Piratlar 2012-ci ildə 4.185 nəfərə hücum etmiş və 1.090 nəfəri girov götürmüşlər.
O, Cəmaran gəmisinin istehsal xərci və belə gəmiyə ehtiyacın olması barədə də sual verən tələbəyə belə cavab verdi: Dəniz donanması sularda olmaq üçün təchizatlı olmalıdır. Biz bu təchizatı almaq istədikdə, embarqolara görə ala bilmirik. Buna görə də, özümüz istehsal etməyə səy göstəririk. Cəməran gəmisi təqribən 50 milyard tümənə (1 dollar = 2160 tümən) başa gəldi. Qərb ölkələri belə bir təchizatı ərəb ölkələrinə bu qiymətin 5 qatına satırlar.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır