31 avqust 2012 - 19:30

Ruhani günortadan sonra Kürdəxanı istintaq təcridxanasına köçürülüb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən (31 avqust) Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il cəza almış ruhani Hacı Abgül Süleymanov Milli Təhlükəsizlik Nazirliyindən Kürdəxanı istintaq təcridxanasına köçürülüb.

Bu barədə ruhaninin vəkili Rüstəm Zülfüqarov İslamazeri.az-a məlumat verib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən artıq apellyasiya şikayəti verilib.

Xatırladaq ki, Hacı Abgül Suleymanov Azərbaycandakı digər islamçılar kimi mövcud rejim tərəfindən ŞƏRLƏNƏRƏY ədalətdə uzaq Bakı Ağır Cinayətlər məhkəməsinin ədalətsiz hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır