Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən işğalçı NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycana səfərə gələcək.
Səfər sentyabrın 7-nə planlaşdırılıb.
Baş katib Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla işğalçı NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, A. F. Rasmussenin Bakıya səfəri onun Cənubi Qafqaz turnesi çərçivəsində gerçəkləşəcək. Sentyabrın 5-6-da o, Ermənistanda olacaq.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır