28 avqust 2012 - 19:30

Əbdülləhyan: “Bu təkliflə bağlı Suriyanın milli barışıq naziri Əli Heydər və müxalifətlə danışıqlar aparılıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən mətbuat konfransında İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Hüseyn Əmir Əbdülləhyan bildirib: “İran İslam Republikası Qoşulmama Hərəkatının sammiti zamanı Suriyada atəşkəs elan olunması təklifi ilə çıxış edib”.

Onun sözlərinə görə, İİR-ın nümayəndəsi Suriyada böhrana son qoyulması üçün atəşkəs elan edilməsi və yaxın 3 ay ərzində milli barışığın əldə olunması üzrə danışıqlar mexanizminin yaradılması təklifi ilə çıxış edib.

Hüseyn Əmir Əbdülləhyan daha sonra deyib: “Bu təkliflə bağlı Suriyanın milli barışıq naziri Əli Heydər və müxalifətlə danışıqlar aparılıb. Təklif, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri və dövlət başçılarının müzakirəsinə verilib. Yekun qərar sammitin sonunda açıqlanacaq”.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır