24 avqust 2012 - 19:30

Mehman Pərəst: Qoşulmama Hərəkatının 50 Liderlərindən 27-si prezident, 2-si padşah, 7-si baş nazir, 9-zu prezident müavini, 2-si parlament spikeri və 5-i xüsusi göndərilmiş nümayəndədir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qoşulmama Hərəkatının 16-cı Samitinin rəsmi sözçüsü Ramin Mehman Pərəst rəsmi açıqlama yayımlayıb. Açıqlamada Cənab Mehman Pərəst bildirib: Tehranda keçiriləcəy Samitdə iştirak edən Qoşulmama Hərəkatının 50 Liderlərindən 27-si prezident, 2-si padşah, 7-si baş nazir, 9-zu prezident müavini, 2-si parlament spikeri və 5-i xüsusi göndərilmiş nümayəndədir.

Ramin Mehman Pərəst daha sonra bildirib: “Habelə Samitdə 23 ölkənin Xarici İşlər Nazirləri və bir neçə digər nazirlərdən ibarət müxtəlif ölkə heyətləri də iştirak edəcəy”.

Qoşulmama Hərəkatının 16-cı Samitinin rəsmi sözçüsü açıqlamasının davamında deyib: “İran İslam Respublikası Tehranda keçiriləcəy Zirvə Toplantısında Suriya məsələsinin həlli haqqında irəli sürəcəyi layihəni diqqətlə müzakirə edəcəy”.

Ramin Mehman Pərəst sonda bildirib: “Tehranda keçiriləcəy Zirvə Toplantısında Qətər Əmirliyi Ali Məqamlı nümayəndə heyəti ilə, Miyanma “Xarici İşlər Nazirliyi” səviyyəsində və Bəhreyn Ali Xəlifə rejimi isə, nazirliy səthində iştirak edəcəy”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır