Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İspaniya hökuməti bildirib ki, iyul ayında İspaniya banklarının Mərkəzi Avropadan götürdüyü borclar 375,5 milyard avroya çatmışdır. Bu da vahid valyutanın dövriyyəyə buraxılmasından bəri rekord göstərici hesab olunur.
İspaniya Mərkəzi Bankının mətbuata verdiyi açıqlamasında deyilir ki, qeyd olunan borcların həcmi iyun ayı ilə müqayisədə 11,4 faiz artmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 dəfə çoxdur.
Bildirilmişdir ki, İspaniyanın borcu iyul ayı ərzində Avropa Mərkəzi Bankı tərəfindən verilmiş kreditlərin 50,5 faizinə bərabərdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır