Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Myanmada bu gündən KİV-də senzura ləğv olunub. Senzuranın ləğv edilməsi 2011-ci il martın 30-da vəzifəsini icra etməyə başlayan prezident və keçmiş general Teyn Seyn tərəfindən aparılan ölkənin liberallaşdırılması çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, yeni prezidentin ilk addımlarından biri müxalifət lideri və Nobel laureatı Aun San Su Cinin 15 il ev dustaqlığından azad edilməsi olub. Onunla birlikdə yüzlərlə siyasi məhbus azad edilib, Aun San Su Ci isə parlamentə deputat seçilib.
Bu ilin fevral ayında ABŞ Myanmada aparılan siyasi islahatlara cavab olaraq ölkəyə qarşı qüvvədə olan bir sıra sanksiyaları aradan götürüb, iyulun 11-də isə 22 illik fasilədən sonra ABŞ səfiri ölkəyə qayıdıb. Bundan əlavə apreldə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri də Myanmaya qarşı sanksiyaların aradan qaldırılması barədə qərar qəbul ediblər.
P.S: Xatırladaq ki, bir ay öncə Myanmada bütpərəst dövlət ABŞ, Avropa İttifaqı və sionist rejiminin pərdəarxası razılığı ilə, rəsmən Müsəlman Soyqırımına əl atmışdır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır