16 avqust 2012 - 19:30

Üzdəniraqlar isə bu qərara bir də baxılmasını “tələb” edəcəklər

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Moskva Dövlət Məhkəməsi ikinci dəfə 100 il müddətinə paytaxtda gey-parad keçirilməsini qadağan olunması haqqında qərarı təsdiqləyib.

Lakin homoseksuallar bu qərara bir də baxılmasını tələb edəcəklər.

Qeyd edək ki, ötən ilin avqustunda Moskvada gey-paradının təşkilatçıları paytaxt hökumətinə və DİN Baş İdarəsinə 2012-ci ildə, həmçinin yaxın yüz ildə tədbir keçirməyə icazə istəmişdilər.

Moskva hökuməti o zaman da təşkilatçılara rədd cavabı vermişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır