14 avqust 2012 - 19:30

İndoneziya pornoqrafiya ilə mübarizədə məşhur internet şirkətlərindən yardım istəyir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İndoneziyanın hakimiyyət orqanları porno saytlara qarşı mübarizədə “Google” axtarış sistemi və “YouTube” videohostinqindən kömək istəyib. Bu barədə İndoneziyanın İnformasiya Nazirliyinin nümayəndəsi Azxar Hasim bildirib.

Nazirlik artıq “Google” şirkətinə məxsus olan “YouTube” ilə danışıqlar aparıb.

İndoneziyanın hakimiyyət orqanları axtarış sistemi ilə hələ ki danışıq aparmayıb, lakin “Google”-un əməkdaşlıq haqqında təklifi qəbul edəcəyinə ümid edirlər.

Hasim bildirib ki, axtarış sistemi nazirliyin təqdim etdiyi açar sözlər üzrə pornoqrafiyanı yayan saytlara girişi bloklayacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır