12 avqust 2012 - 19:30

Qərb ölkələrində inanclı xristianların “Xristian-Demokrat Partiyası” kimi siyasi təşkilatları fəaliyyət göstərir. Ölkəmizdə də “İslam” adı ilə qanunvericilik çərçivəsində, demokratik ənənələrə uyğun partiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən islaminsesi.az saytı Azərbaycan Xalq Partiyasının lideri Pənah Hseyindən Azərbaycan İslam Partiyasına və onun apardığı siyasətlərə dair fikrini öyrənib. 

Müsahibəni diqqətinizə çatdırırıq:

-Qərb ölkələrində inanclı xristianların “Xristian-Demokrat Partiyası” kimi siyasi təşkilatları fəaliyyət göstərir. Ölkəmizdə də “İslam” adı ilə qanunvericilik çərçivəsində, demokratik ənənələrə uyğun partiyanın fəaliyyətini necə dəyərləndirirsiniz?

Normal dəyərləndirirəm.

-İslam Partiyası fəaliyyətini izləyən bir siyasətçi kimi necə düşünürsünüz İslam Partiyası İslamda siyasət yoxsa siyasətdə İslam prinsipi ilə çıxış edir?

Azərbaycan İslam Partiyasının son illərdə fəaliyyəti haqqında məlumatım zəifdir. Sözün açığı bunu daha çox AİP- nın özünütəcrid siyasəti ilə əlaqələndirirəm. Partiyanın siyasi ideologiyası haqqında mənim müşahidələrimə görə azərbaycan cəmiyyətinin geniş çevrələrində təsəvvürlər yox dərəcəsindədir. Bu problem AİP- i düşündürməlidir.

-Müxalifət cəbhəsində olan bir şəxs kimi indiki hakimiyyətin təqiblərinə şəxsən çox məruz qalmısınız. Həmçinin İslam Partiyasının rəhbərləri də onlara qarşı daha ağır işgəncələr və haqsızlıqlar görmüşdülər. Bu təzyiqlər arasında paralellik varmı və ya AİP-in bu qədər sıxışdırılması nədən qaynaqlanır?

Mövcud Azərbaycan iqtidarı Qərb ictimai – siyasi rəyində islamafobiya tendensiyalarını istismar edir və eyni zamanda təlqin etmək istəyir ki, azərbaycanda aşırı dinçilərin hakimiyyətə gəlmə təhlükəsi var və bununla da özünün antidemokratik rejiminə dəstək və haqq qazandırmaq istəyir. “Dinçilərə” qarşı repressiyaların bir səbəbi budur. İkinci mühüm cəhət “İran təhlükəsi” məsələsidir ki, AİP – də İranpərəst meyllərin, daha döğrusu İran politikasının azərbaycan uzantısı kimi təqdim edilir. Açığı, AİP- özü də bu rəyin aradan qalxmasında maraqlı görünmür.

-AİP-in Nizamnamə və Məramnaməsində dünyəvi dövlətçilik prioritetdir. Belə partiya ilə paralel siyasi fəaliyyət göstərmək, ümumi hədəfə doğru hərəkət etməkdə Sizə nə mane olur?

Mənim üçün AİP- in Nizamnaməsində dünyəvi dövlətçiliyin prioritet olması yenilikdir. Bizim üçün əməkdaşlığı qeyri mümkün edən şeylər yoxdur. Ancaq yuxarıda da dedim ki, AİP Azərbaycan siyasətində özünütəcrid siyasəti aparır. Hətta AİP- in bir sıra tədbirlərində demokratik düşərgənin bəzən iqtitardan da artıq tənqid və ittiham edilməsi bizi həmişə təəccübləndirib və bir çoxları bunu xarici təsirlə bağlayır.

-İctimai Palata Hicab Məhbuslarının hüquqlarını yetərincə müdafiə edir. Amma həbslərin səbəbi olan süni hicab qadağasını hakimiyyət qarşısında haqlı tələb kimi qoymur. Sizcə cəmiyyət bunu necə başa düşər?

İnformasiyanız dəqiq deyil və yanlışdır. İctimai Palata dindar yalnız hicab məhbuslarını deyil , dindar, inanclı çevrəyə qarşı repressiyaları, o cümlədən AİP - ə qarşı təqibləri siyasi təqib aktı kimi tanıyıb, onun sədri və rəhbərliyinin, üzvlərinin həbsi əleyhinə çıxış edib, bu yondə rəsmi mövqelərini dəfələrlə açıqlayıb və davamlı olaraq mövqedə qalır. Konkret sualınıza gəldikdə isə hicab qadağasının götürülməsi İP- in əsas sənədi olan “Avtoritarizmdən demokratiyaya keçidin Yol Xəritəsində rəsmən əksini tapıb.

 

Elşən Cəfəri

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır