3 avqust 2012 - 19:30

“Davutoğlu hansı proqramın müvəffəqiyyət ilə başa çatdıra bilib? Və ya hansı xarici siyasətində Türkiyəyə uğur qazanıb? Suriyada, İraqda yoxsa İİR-da?..

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyədə iqtidarda olan “Ədalət və İnkişaf Partiyası”nın əsas müxaliftçisi sayılan “Cümhuriyyət Xalq Partiyası”nın katibi Kəmal Qılıçdaroğlu NTV kanalına verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Naziri Əhməd Davutoğlunun İraq dövlətindən rəsmi icazə almadan Kürdüstan əyaləti vasitəsi ilə Kərkükə səfər etməsinə möhkəm etiraz edərək bildirib: “Davutoğlu Türkiyə dövlətinin ən bətbəxt Xarici İşlər Naziridir. Onu bətbəxt adlandırıram, ona görə ki, onun Xarici İşlər Nazirliyində ilk günlərdə, işə başlayanda üzərinə götürdüyü öhdəliyi, Türkiyənin qonşu dövlətləri ilə olan problemlərini sıfır həddinə endirməsi idi. Lakin görürük ki, onun vəzifə müddətinin bitdiyi son günlərdə artıq Türkiyə bütün qonşu dövlətləri ilə problemlər içərisində yaşayır”.

Qlıçdaroğlu Türkiyənin Yaxın Şərqdəki itirdiyi nüfuzuna işarə edərək deyib: “Davutoğlu və Rəcəb Təyyib Ərdoğanın dediklərinin, Yaxın Şərqdə artıq heç bir dəyəri yoxdur. Ankarnın Suriya mövzusunda tutduğu siaysi mövqeyi tamami ilə yanlışdlır. Əlbətdə, əgər hərhansı bir ölkə, öz xarici siyasətini başqa ölkənin mənafeləri üzərində qurarsa, bu problemlərin meydana çıxması tamami ilə təbiidir”.

“Cümhuriyyət Xalq Partiyası”nın katibi Kəmal Qılıçdaroğlu daha sonra deyib: “Davutoğlu hansı proqramın müvəffəqiyyət ilə başa çatdıra bilib? Və ya hansı xarici siyasətində Türkiyəyə uğur qazanıb? Suriyada, İraqda yoxsa İİR-da? Ya Malatya əyaləində yerləşən Kurecikdə NATO-nun yerləşdirdiyi radar sistemlərində? Yoxsa Kipir adasında?”

Qılıçdaroğlu son olaraq bildirib: “Türkiyənin xarici siyasəti tamami ilə iflasa uğrayıb. Və bütün bu səhf addımlar Davutoğlunun gördüyü işlərin nətcəsidir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır